Yüksəliş müsabiqəsi imtahan sualları 2023 | Müasir trendlər üzrə sual bloku

Sual 1

5G texnologiyasının çatışmazlıqları arasında göstərilir:

1)Çoxsaylı qüllələr quraşdırılmasını tələb edir.

2)Sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırır.

3)Android əməliyyat sistemi ilə işləmir.

4)Cihazların batareyaları daha çox güc sərf edir.

  1. 1, 3
  2. 1, 2
  3. 3, 4
  4. 2, 4
  5. 1, 4

Doğru cavab: 1, 4

Sual 2

İş həyatında tez-tez bəhs edilən “Danninq-Krüqer effekti” dedikdə nəzərdə tutulur:

  1. insan resurslarının rotasiyalı istifadə olunması
  2. özünü bacarıqlı zənn edən səriştəsiz insanlar
  3. iş həyatında daim yeniliklərə can atan insanlar
  4. ixtisaslı kadrlara olan tələb
  5. iş kollektivinə effektiv rəhbərlik

Doğru cavab: özünü bacarıqlı zənn edən səriştəsiz insanlar

Sual 3

Hansının fəaliyyət sahəsi digər dördündən fərqlidir?

  1. Acer
  2. HP
  3. Netflix
  4. Lenovo
  5. Dell

Doğru cavab: Netflix

Sual 4

İnternet vasitəsilə çox sayda dildə məlumat almanın mümkün olduğu, azad, ödənişsiz ensiklopediyadır:

  1. Twitter
  2. Second life
  3. Wikipedia
  4. Britannica
  5. Wikimapia

Doğru cavab: Wikipedia

Sual 5

“Metavers” nədir?

  1. super robot
  2. fövqəlinsan
  3. elektron pul
  4. virtual kainat
  5. Marsda həyat

Doğru cavab: virtual kainat

Sual 6

Bir qrup Azərbaycan vətəndaşının Laçın-Xankəndi yolunda keçirdiyi aksiya, ilk növbədə, hansı beynəlxalq təşkilatın şüar və məqsədləri ilə üst-üstə düşür?

  1. ISESCO
  2. Ümumdünya Təbiəti Mühafizə Fondu
  3. UNESCO
  4. Beynəlxalq Amnistiya Təşkilatı
  5. Sərhədsiz həkimlər

Doğru cavab: Ümumdünya Təbiəti Mühafizə Fondu

Sual 7

Hansılar süni intellektin üstünlüklərindən sayılır?

1)ucuz başa gəlməsi

2)müəyyən riskli işlərdə insanı əvəz etməsi

3)fasiləsiz uzun müddət çalışa bilməsi

4)işsizliyin qarşısını alması

  1. 3, 4
  2. 1, 3
  3. 1, 4
  4. 1, 2
  5. 2, 3

Doğru cavab: 2, 3

Sual 8

Hərbi və hərbi olmayan vasitələrin müxtəlif şəraitlərə uyğun ən optimal kombinasiyasından istifadə edilməsini özündə əks etdirən müharibə strategiyası:

  1. soyuq müharibə
  2. hibrid müharibə
  3. dünya müharibəsi
  4. bioloji müharibə
  5. vətən müharibəsi

Doğru cavab: hibrid müharibə

Sual 9

Ölkəmizin də yaxından əməkdaşlıq etdiyi “Cisco” şirkətinin fəaliyyət sahəsi hansıdır?

  1. hüquqi konsultasiya
  2. kənd təsərrüfatı
  3. rəqəmsal texnologiyalar
  4. hərbi təyinatlı məhsul istehsalı
  5. iqtisadi audit

Doğru cavab: rəqəmsal texnologiyalar

Sual 10

Virtual mühitdə olan məlumatların haker hücumlarına qarşı qorunması hansı sahəyə aiddir?

  1. robot mühəndisliyi
  2. süni intellekt mühəndisliyi
  3. bioinformatika
  4. kibertəhlükəsizlik
  5. mobil sistemlər

Doğru cavab: kibertəhlükəsizlik

Sual 11

Son illərdə ölkəmizdə bəzi nazirliklərin ləğv edilməsi və ya birləşdirilməsini zəruri edən səbəblər:

1)struktur islahatları

2)ləğv edilən orqanların yerinə yetirdiyi işlərə ehtiyacın olmaması

3)idarəetmənin optimallaşdırılması

4)beynəlxalq təşkilatların tələbləri

  1. 2, 4
  2. 3, 4
  3. 2, 3
  4. 1, 2
  5. 1, 3

Doğru cavab: 1, 3

Sual 12

Hansı müasir suvarma sistemləridir?

1)artezian

2)damcı

3)yağışyağdırma

4) selləmə

  1. 2, 3
  2. 1, 3
  3. 1, 2
  4. 3, 4
  5. 2, 4

Doğru cavab: 2, 3

Sual 13

Kütlələrin doğrunu yalandan ayırd edə bilməməsi məqsədilə doğru ilə yalan məlumatdan eyni vaxtda istifadə edilməklə təqdim edilməsi adlanır:

  1. ağ təbliğat
  2. boz təbliğat
  3. sürətli təbliğat
  4. qara təbliğat
  5. ideoloji təbliğat

Doğru cavab: boz təbliğat

Sual 14

Qadınların idarəetmədə aktiv rol oynaması idarəetmənin hansı aspektdən

  1. yaş
  2. ərazi
  3. gender
  4. gəlir bölgüsü
  5. iqtisadi

Doğru cavab: gender

Sual 15

“Elektron hökumət”lə bağlı hansı fikir doğrudur?

  1. “E-hökumət” portalında qeydiyyatdan keçmədən heç bir xidmətdən istifadə etmək mümkün deyil.
  2. İdarəetmədə operativliyə və şəffaflığa kömək edir.
  3. Fiziki şəxslər bu xidmətlərdən istifadə edə bilər, hüquqi şəxslər isə yox.
  4. Ölkədə yaşayan xarici vətəndaşlar bu xidmətdən istifadə edə bilmir.
  5. Nazirlərin şəxsən vətəndaşlarla görüşməsini nəzərdə tutur.

Doğru cavab: İdarəetmədə operativliyə və şəffaflığa kömək edir.

Sual 16

Biometrik pasport bu xüsusiyyətinə görə həm də… adlanır.

  1. diplomatik pasport
  2. elektron pasport
  3. xarici pasport
  4. rəsmi pasport
  5. xidməti pasport

Doğru cavab: elektron pasport

Sual 17

Müştərilərlə insan danışığını imitasiya edərək əlaqə yaratmaq üçün hazırlanmış proqram:

  1. interaktiv cihaz
  2. səsli mesaj
  3. çatbot
  4. məsafədən idarəetmə
  5. ağıllı saat

Doğru cavab: çatbot

Sual 18

İnternetin gələcəyi hesab edilir:

  1. WEB 2)0
  2. Blockchain
  3. NFT
  4. WEB 3)0
  5. DeFI

Doğru cavab: WEB 3)0

Sual 19

Son illərdə futbol yarışlarında mübahisəli epizodların videoyazısına baxılaraq qərarların qəbul edilməsinə imkan yaradan sistemə verilən ad:

  1. “Qartal gözü”
  2. videoqeydiyyatçı
  3. CAS (Court of Arbitration for Sport)
  4. VAR (Video Assistant Referee)
  5. smart videokamera

Doğru cavab: VAR (Video Assistant Referee)

Sual 20

“Alfa nəsli” dedikdə nəzərdə tutulur:

  1. müharibə illərində doğulanlar
  2. 1980-1990-cı illərdə doğulanlar
  3. 2010-cu ildən sonra doğulanlar
  4. internetin yarandığı illərdə doğulanlar
  5. yalnız “Z nəsli”ndən olanların övladları

Doğru cavab: 2010-cu ildən sonra doğulanlar

Sual 21

Son illərdə İsveçrədə Avropa Nüvə Araşdırmaları Mərkəzində həyata keçirilən və bəşəriyyət tarixi üçün yeni kəşflərə imkan yaradacağı düşünülən layihəyə verilən ad:

  1. “Gələcəyin maşını”
  2. “Big Bang”
  3. “Earth Map”
  4. “Mars Global Surveyor”
  5. “Qırmızı planet”

Doğru cavab: “Big Bang”

Sual 22

Səs, video, mətn kimi müxtəlif növ məlumatların eyni vaxtda təqdim olunmasına, eləcə də oyun, videokonfrans kimi fəaliyyətlərə imkan verən tətbiqləri əhatə edən anlayış:

  1. mobil informasiya
  2. smart radio
  3. multimedia
  4. forum
  5. konsol

Doğru cavab: multimedia

Sual 23

“OpenAI” şirkəti tərəfindən hazırlanan və müxtəlif mövzularda suallara cavab verən, mətnlər hazırlayan və s. əməliyyatları həyata keçirən süni intellekt robotudur:

  1. SDLX
  2. Linux
  3. Blockchain
  4. Google Plus
  5. ChatGPT

Doğru cavab: ChatGPT

Sual 24

GMO-nun faydalı tərəflərindən hesab edilir:

  1. ənənəvi yollarla hazırlanması
  2. hamısının yerli məhsul olması
  3. məhsuldarlığın yüksək olması
  4. sağlamlıq üçün daha etibarlı olması
  5. uşaqlar üçün xüsusilə faydalı olması

Doğru cavab: məhsuldarlığın yüksək olması

Sual 25

İnsanların sosial mediada yanlış informasiyanı zərər vermək məqsədi güdmədən yayması halı:

  1. spekulyasiyadır
  2. manipulyasiyadır
  3. misinformasiyadır
  4. dezinformasiyadır
  5. saxta məzmun hazırlamaqdır

Doğru cavab: misinformasiyadır

 

0 şərh